Zakir Tofiq oğlu Yusifov

Zakir Yusifov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
ZAKİR YUSİFOV
Zakir Tofiq oğlu Yusifov
Zakir Yusifov.jpg
Doğum tarixi:29 sentyabr 1956.
Doğum yeri:Bakı şəhəri, Azərbaycan SSR
Vəfat tarixi:11 oktyabr 1992(36 yaşında)
Vəfat yeri:Səfiyan, Laçın rayonu, Azərbaycan Respublikası
Vəfat səbəbi:şəhid olmuşdur.
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1974-cü ildə 194 saylı məktəbi bitirir və Sasovski adına Mülki Təyyarəçilik məktəbinə daxil olur. 1977-ci ildə təhsilini başa vurur və Yevlaxda işə başlayır. AN-2 təyyarəsinə komandir təyin edilir. 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirir. Respublika ilk hərbi vertalyot eskadrilyasının yaradılması olduqca çətin bir iş idi. Zakir bu işin öhtəsindən Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə gəldi. Hərbi təlimlər və ardınca Qarabağa uçuşlar.

Döyüşlərdə iştirakı]

Bu uçuşlardan ən uğurlusu 11 aprel oldu. İlk dəfə hərbi vertolyotla havaya qalxan Zakir Yusifov Füzuli-Xocavənd istiqamətində uğurlu uçuş edə bildi. O, döyüş tapşırığını başa vurur və geri dönür. Cəsur komandir Zakir yüzdən artıq uçuşlar edərək erməni yaraqlılarının xeyli zirehli texnikasını məhv etmişdi. O, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd səmalarında əsl qəhrəmanlıq səhifələri yazmışdı. 11 oktyabr 1992-ci il növbəti uçuş zamanı onun vertolyotu ermənilər tərəfindən vuruldu. Səfiyan kəndi istiqamətdə uçarkən vurulan vertolyotun heyəti həlak oldu.

Ailəsi

Ailəli idi, iki övladı qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Vaxtilə oxuduğu 194 saylı məktəb və Bakının küçələrindən biri qəhrəmanımızın adını daşıyır.

Комментариев нет:

Отправить комментарий