Əsəd Cəlal oğlu Əhmədov

Əsəd Cəlal oğlu Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
ƏHMƏDOV ƏSƏD
Əsəd Cəlal oğlu Əhmədov
Əsəd Əhmədov.jpg
Doğum tarixi:15 iyul 1970.
Doğum yeri:Saral, Pəmbək mahalı, Qərbi Azərbaycan,Flag of the Soviet Union.svgSSRİ
Vəfat tarixi:31 iyul 1992 (22 yaşında)
Vəfat yeri:Papravənd, Ağdam rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur.

Həyatı

15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. 1989-cu ildə Almaniyada tank qoşunlarında qulluğa başlamışdır. 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi.

Döyüşlərdə iştirakı

Əsəd Əhmədov Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir.
O, 1992-cı il 31 iyulda Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı şəhəri Yasamal rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

Комментариев нет:

Отправить комментарий