Yusif Vəli oğlu Mirzəyev

Yusif Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
YUSİF MİRZƏYEV
Yusif Vəli oğlu Mirzəyev
Yusif Mirzəyev.jpg
Doğum tarixi:23 may 1958.
Doğum yeri:Böyükdüz, Babək rayonu, Azərbaycan Respublikası
Vəfat tarixi:19 fevral 1993(34 yaşında)
Vəfat yeri:Ağdərə rayonu, Azərbaycan Respublikası
Vəfat səbəbi:şəhid olmuşdur.
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

1958-ci il 23 may Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirmişdir. 1988-ci illərdə Xalq Hərəkatına qoşulur.

Döyüşlərdə iştirakı

1991-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Yusif tez bir zamanda taborun ən ad-sanlı döyüşçülərindən birinə çevirilir. Yusif 14 nəfərlik dəstə ilə bütün əməliyyatlarda iştirak edirdi. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edə bilmişdi. Yusif Mirzəyev 1993-cü il 19 fevralda Ağdərədə gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş döyüşçüləri xilas edərkən qəhrəmancasına həlak oldu.

Ailəsi

Ailəli idi, bir övladı qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Naxçıvan şəhərində büstü qoyulmuşdur. Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə qəhrəmanımızın adı verilmiş, qarşısında büstü qoyulmuşdur.

Комментариев нет:

Отправить комментарий