Vasili Əhməd oğlu Əliyev

Vasili Əhməd oğlu Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
VASİLİ ƏLİYEV
Vasili Əhməd oğlu Əliyev
Vasili Əliyev.jpg
Doğum tarixi:15 yanvar 1959
Doğum yeri:Qubadlı
Vəfat tarixi:20 oktyabr 1992(33 yaşında)
Vəfat yeri:Topağac yüksəkliyi
Vəfat səbəbi:Şəhidlik
Atası:Əhməd Əliyev
Anası:Vera Qirqoryevna
Uşağı:Elmir Əliyev
Zülfiyyə Əliyeva
Milliyyəti:Azərbaycanlı
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

Vasiliy Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edirdi.
Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasiliy ilk gündən özünü qızğın döyüş yerlərinə atırdı. Buna səbəb onun torpağımıza göz dikən düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Nəhayət, bu nifrət onu Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə gətirib çıxarmışdı. Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözündən yayınmadı. O, bu döyüşdə həlak oldu. Lakin,onun bu şücaəti Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il fərmanı ilə "Azərbaycan milli qəhrəmanı" adına layiq görüldü.
Qubadlının şəhidlər xiyabanında uyuyan Vasiliy Əhməd oğlu Əliyevin məzar daşındakı onun milli qəhrəmana xas olan baxışları hər gün hörmətlə yad edilir. Onun övladları bir qızı və bir oğlu ataları ilə fəxr edirlər.

Ailəsi

Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.

Комментариев нет:

Отправить комментарий