Etibar Bəylər oğlu İsmayılov

Etibar İsmayılov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
ETİBAR İSMAYILOV
Etibar Bəylər oğlu İsmayılov
Etibar İsmayılov.jpg
Doğum tarixi:29 mart 1964.
Doğum yeri:Ağcabədi rayonu, Flag of the Soviet Union.svgSSRİ
Vəfat tarixi:4 yanvar 1994 (29 yaşında)
Vəfat yeri:Xocavənd rayonu, Flag of Azerbaijan.svgAzərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur.
Atası:Beyler Ismayilov
Anası:Sureyya Ismayilova
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur.1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır.

Döyüşlərdə iştirakı

Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir...Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.
Etibar İsmayılovun şəhid olmasından sonra onun qəhrəmanlığına aid çoxlu şeirlər, dastanlar yazılmışdır.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1994-cü il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Cəsədi döyüş meydanında qalmışdır.

Комментариев нет:

Отправить комментарий