Şahin Talıb oğlu Tağıyev

Şahin Tağıyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmişdir.
ŞAHİN TAĞIYEV
Şahin Talıb oğlu Tağıyev
Şahin Tağıyev.jpg
Doğum tarixi:3 fevral 1949 (68 yaş)
Doğum yeri:Tərtər rayonu, Azərbaycan Respublikası
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

3 fevral 1949-cu il Tərtər rayonunda doğulmuşdur. Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil almışdır. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirmişdir. Daha sonra Energetika texnikumuna daxil olur. 1969-cu ildə texnikumu bitirir və təyinatla Udmurt vilayətinə göndərilir.

Döyüşlərdə iştirakı

Ermənilər torpaqlarımıza hücum edəndə Şahin silaha sarılır. Onun şərəfli döyüş yolu Tərtər, Seysulan, Yarımca bölgələrindən keçir. “Qurtuluş” batalyonunda vuruşan cəsur döyüşçü neçə-neçə erməni quldurunu məhv etmişdi. Bir müddət sonra bu batalyonun komandiri də təyin edilmişdir. Polkovnik-leytenant Şahin Tağıyev torpaqlarımızın azad olunmasında böyük şücaət göstərmişdi.
Hazırda Qarabağ Azadlığ Təşkilatının sədr müavini kimi fəaliyyət göstərir.

Ailəsi

Ailəlidir, iki övladı var.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Комментариев нет:

Отправить комментарий