Hikmət Baba oğlu Nəzərli

Hikmət Nəzərli — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi.
HİKMƏT NƏZƏRLİ
Hikmət Baba oğlu Nəzərli
Hikmət Nəzərli.jpg
Doğum tarixi:7 mart 1966.
Doğum yeri:Bakı şəhəri, Azərbaycan Respublikası
Vəfatı:26 fevral 1992(25 yaşında)
Vəfat yeri:Xocalı rayonu, Azərbaycan Respublikası
Vəfat səbəbi:İtkin düşmüşdür.
Atası:Baba Nəzərli
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur.

Döyüşlərdə iştirakı

Qarabağda ermənilərin törətdikləri vəhşiliklərə dözə bilməyən Hikmət könüllü olarq orduya yazılır. Ağdam rayonunda şərəfli döyüş yolu başlayır. Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur. 1992-ci il 25 fevral ermənilər Xocalıda vəhşilikər törətdikləri zaman Hikmət idarə etdiyi maşınla düşmənə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradırdı.
Bu döyüşdə xeyli erməni quldurunu məhv edən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilir sonrakı taleyi barədə heç bir məlumat yoxdur.


Ailəli idi, bir övladı yadigar qalıb.Ailəsi

Milli Qəhrəman

Azərbyacan Respublikası prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Комментариев нет:

Отправить комментарий