Ruslan Həmid oğlu Muradov

Ruslan Muradov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Ruslan Muradov
Ruslan Həmid oğlu Muradov
Ruslan Muradov.jpg
Doğum tarixi:27 iyun 1973
Doğum yeri:Mingəçevir, Azərbaycan
Vəfatı:22 avqust 1992(19 yaşında)
Vəfat yeri:Papravənd, Ağdam, Azərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə burada 10 saylı məktəbi bitirmişdir. Ruslan 1992-ci il 22 yanvar tarixdə Milli Ordu sıralarına daxil olur. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir.

Döyüşlərdə iştirakı

Papravənd kəndinə gəldiyi gündən burada qızğın döyüşə girir. Kənd erməni işğalçılarından azad edilir. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşmüşdü yaralıları xilas etmək üçün aparılan əməliyyat nəticə verdi... bu əməliyyatda Ruslan xüsusilə fərqlənmişdi.
Ruslan Muradov 1992-ci il 22 avqust Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Mingəçevir şəhərindəki 15 saylı məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.

Комментариев нет:

Отправить комментарий