Rövşən Telman oğlu Əkbərov

Əkbərov Rövşən Telman oğlu — Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant.
Rövşən Əkbərov
Rövşən Telman oğlu Əkbərov
Rövşən Əkbərov.jpg
Rövşən Əkbərov
Doğum tarixi:4 iyun 1965 (52 yaş)
Doğum yeri:Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq:Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti:Coat of arms of the Azerbaijani Armed Forces.png
Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü:Army Flag of Azerbaijan.png Quru Qoşunları
Xidmət illəri:1986-hal hazırda
Rütbə:General Leytenant
Döyüşlər:1. Əfqanıstan müharibəsi
2. Qarabağ müharibəsi
Təltifləri:National Hero of Azerbaijan.svg
AZ Bayiragi Order rib.png Golden Star medal of Azerbaijan.png AZ Bayiragi Order rib.png Vətən uğrunda medalı.jpg Vətənə xidmətə görə ordeni-lent-2013.jpg

Həyatı

Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.
1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur.
1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir.
1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. 1993-1995-ci illərdə hərbi hissədə bölük komandiri olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir. General-leytenant rütbəsinə qədər yüksələn Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olmuşdur.
2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Şəmkir korpusunun komandiri təyin olunub.
Ailəlidir, dörd övladı var.

Mükafatları

Azərbaycanın ərazi bütovlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə 2 dəfə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən Telman oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
  • 14.12.1993 — Flag of Azerbaijan.svg "Azərbaycan Bayrağı" ordeni.
  • 05.10.1994 — Flag of Azerbaijan.svg Azərbaycanın Milli Qəhrəmanı.
  • 04.04.1995 — Flag of Azerbaijan.svg "Azərbaycan Bayrağı" ordeni.
  • 24.06.2003 — Flag of Azerbaijan.svg "Vətən uğrunda" medalı.
  • 25.06.2011 — Flag of Azerbaijan.svg 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni.

Filmoqrafiya

  1. Dolu (film, 2012)

Комментариев нет:

Отправить комментарий