Sərxan Surxay oğlu Ocaqverdiyev

Sərxan Ocaqverdiyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Sərxan Ocaqverdiyev
Ocaqverdiyev Sərxan Surxay oğlu
Sərxan Ocaqverdiyev.jpg
Doğum tarixi:16 iyul 1967
Doğum yeri:Səfikürd, Goranboy, Azərbaycan
Vəfatı:5 may 1992 (24 yaşında)
Vəfat yeri:Talış, Goranboy
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

Ocaqverdiyev Sərxan Surxay oğlu 16 iyul 1967-ci ildə Goranboy rayonu Səfikürd kəndində anadan olmuşdur. 1975-ci ildə Tatarlı kənd orta məktəbinin I sinfinə getmiş, 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1985-ci ildə Sovet ordusu sıralarında xidmət etmiş, 1987-ci ildə ordudan təxris olunmuşdur. Həmin il Gəncə Maşınqayırma Texnikumuna daxil olmuş 1989-cu ildə oranı bitirərk Gəncə Maşınqayırma Zavodunda işə daxil olmuşdur. 1991-ci ildə Xocalı soyqırımından sonra, bu vəhşiliyə dözə bilməyən Sərxan yerli könüllü batalyonuna yazılmışdır. Bir çox doyüşlərdə igidlik göstərən qəhrəmanın son döyüşü 5 May 1992-ci ildə olmuşdur. Nişanlı idi. Hal-hazırda oxuduğu Tatarlı kənd orta məktəbi onun adını daşıyır.

Комментариев нет:

Отправить комментарий