Tahir Tofiq oğlu Həsənov

Tahir Həsənov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Tahir Həsənov
Tahir Tofiq oğlu Həsənov
Tahir Həsənov.jpg
Doğum tarixi:22 fevral 1970
Doğum yeri:Bakı şəhəri, Azərbaycan Respublikası.
Vəfatı:2 sentyabr 1992(22 yaşında)
Vəfat yeri:Çıldıran, Kəlbəcər rayonu, Azərbaycan Respublikası.
Vəfat səbəbi:şəhid olmuşdur.
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

22 fevral 1970-ci ildə Bakı şəhərinidə doğulmuşdur. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmış 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Ermənilərin ata-baba torpaqlarımızı işğal etməsi onu narahat edir, ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyur və könüllü olaraq vətənin müdafiəsinə qalxır.

Döyüşlərdə iştirakı

Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur. 1992-ci il 2 sentyabr tarixdə Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir. 1992-ci il, 29 sentyabr tarixində bədəni Bakıya gətirilərək, Şəhidlər xiyabanında dəfn olunur.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Təhsil aldığı 23 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Комментариев нет:

Отправить комментарий