Mirəsgər Seyidov

Mirəsgər Seyidov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
MİRƏSGƏR SEYİDOV
Mirəsgər Seyidov
Mirəsgər Seyidov (milli qəhrəman).jpg
Doğum tarixi:6 fevral 1970
Doğum yeri:Qaraxanbəyli, Babək rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR
Vəfat tarixi:14 iyun 1992 (22 yaşında)
Vəfat yeri:Yuxarı Buzqov, Babək rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur.
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. 1987-ci ldə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.

Döyüşlərdə iştirakı

"Dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçilərinin işğalçılıq siyasəti Naxçıvanda da yan keçmədi. Ermənilərin bu xülyasından narahat qalan Mirəsgər könüllü olaraq Babək rayonunun Yuxarı Buzqov kənd özünümdüdafiə batalyonunda vuruşurdu. Cəsur döyüşçü qaynar döyüşlərə girər, erməni yaraqlılarının xeyli canlı qüvvəsini məhv edərdi. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci il 14 iyun döyüş meydanında qəhrəmancasına həlak oldu.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Oxuduğu 39 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Hal-hazırda Mirəsgır Seyidov adına 15 nömrəli məktəb kimi tanınır.

Комментариев нет:

Отправить комментарий