Vüqar Tofiq oğlu Hüseynov

Vüqar Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Vüqar Hüseynov
Vüqar Tofiq oğlu Hüseynov
Vüqar Hüseynov (milli qəhrəman).jpg
Doğum tarixi:20 iyun 1969
Doğum yeri:Daşkəsən, Cəbrayıl rayonu, Azərbaycan Respublikası
Vəfatı:20 iyul 1991 (22 yaşında)
Vəfat yeri:Goranboy rayonu, Azərbaycan Respublikası
Vəfat səbəbi:şəhid olmuşdur.
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə burada məktəbi bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmış, 1989-cu ildə hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdır və elektirik qaynaqçısı kimi fəaliyyətə başlayır. 1990-cı ildə DİN-nin polis dəstəsinə yazılır və həyatını cəbhə ilə bağlayır.

Döyüşlərdə iştirakı

Vüqar Hüseynov Xocalıda, Goranboyda uğurlu döyüş yolu keçmişdir. Şəhid jurnalist Salatın Əsgərovanın qətlə yetirənlərin tapılmasında onun böyük xidməti olmuşdur. 1991-ci il 20 iyul erməni qəsbkarları Goranboy rayonuna hücum edirlər. Vüqar burada qəhrəmancasına vuruşur və döyüş meydanında şəhid olur.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

O əvvəlcə "Qırmızı Ulduz" ordeni ilə təltif olunur. Daha sonra 1992-ci il 6 iyun Azərbaycan Respublikası prezidentinin 831 saylı fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Doğuldğu Cəbrayıl rayonunun Daşkəsən kəndində dəfn edilmişdir.
Oxuduğu orta məktəb onun adını daşıyır.

Комментариев нет:

Отправить комментарий