Kamil Balədə oğlu Nəsibov

Nəsibov Kamil Balədə oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi
KAMİL NƏSİBOV
Kamil Balədə oğlu Nəsibov
Kamil Nəsibov.jpg
Doğum tarixi:8 oktyabr 1946.
Doğum yeri:Bozlu, Laçın rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic.svgAzərbaycan SSR
Vəfat tarixi:29 iyun 1992 (45 yaşında)
Vəfat yeri:Laçın rayonu, Flag of Azerbaijan.svgAzərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur.
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı
.

Həyatı

8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.

Döyüşlərdə iştirakı

1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir.
1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur.

Ailəsi

Kamil Nəsibov ailəli idi, dörd övladı var.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ağcabədi rayonunda dəfn edilmişdir.
Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.

Комментариев нет:

Отправить комментарий