Maşallah Babakişi oğlu Abdullayev

Abdullayev Maşallah Babakişi oğlu — Azərbaycanın Milli Qəhrəmanı.Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmişdir.
Maşallah Abdullayev
Maşallah Abdullayev.jpg
Tam adıMaşallah Babakişi oğlu Abdullayev
Doğum tarixi27 may 1950(67 yaş)
Doğum yeriKəpənəkçi, Goranboy rayonu
Milli Qəhrəman adı23 iyun, 1992

Həyatı

Maşallah Abdullayev 27 may 1950-ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Valideynləri Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Səkkizinci sinfə qədər Goranboy şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. 1965-ci ildə Goranboy Subartezian Quyularının İstismarı İsarəsinə işə düzəlmişdir. 1969-1971-ci illərdə hərbi xidmətdə olmuşdur. Bir müddət Azneft birliyinin Neft Daşlarında işləmişdir. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuşdur. Buranı bitirdikdən sonra təyinatla Goranboya, vaxtilə təhsil aldığı şəhər 1 saylı orta məktəbdə işləməyə göndərilmişdir.

Döyüşlərdə iştirakı

Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak etmişdir. Ağcakənd də daxil olmaqla neçə-neçə kəndin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olmuşdur.

Fəaliyyəti

Maşallah Abdullayev Respublika Ali Sovetinə deputata seçilmişdir. 1992-ci ildə M.Abdullayevə daha bir çətin və məsuliyyətli vəzifə etibar edildi. O, respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olundu. Həmin briqada Tərtər, Goranboy və Yevlax ərazilərinə nəzarət edirdi. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində bu briqadanın əvəzsiz rolu olmuşdur. Mayor rütbəsinə yüksələn Maşallah Abdullayev 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmışdır. Hazırda şəxsi təsərrüfatı ilə məşğuldur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Surasının sədridir. İgidliyə görə general M.Əsədov adına mükafata layiq görülmüşdür.

Ailəsi

Ailəlidir. Bir övladı var.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarxili 6 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
"General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür.

Haqqında yazılanlar

2015-ci ildə yazıçı Vüqar Əsgərov Maşallah Abdullayevin keçdiyi döyüş yolundan, həyatından, Goranboy və Ağdərə döyüşlərindən bəhs edən kitab yazmışdır. Kitabın redaktoru Ötərxan Eltac, məsləhətçiləri isə tarix institunun direktor müavini, professor Cəbi Bəhramov və Xalq şairi Nəriman Həsənzadədir.

Комментариев нет:

Отправить комментарий