Yalçın Canhəsən oğlu Nəsirov

Yalçın Nəsirov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
YALÇIN NƏSİROV
Yalçın Canhəsən oğlu Nəsirov
Yalçın Nəsibov.jpg
Doğum tarixi:23 yanvar 1976
Doğum yeri:Sərək, Astara rayonu, Azərbaycan Respublikası
Vəfat tarixi:24 mart 1995 (19 yaşında)
Vəfat yeri:Bakı şəhəri, Azərbaycan Respublikası
Vəfat səbəbi:şəhid olmuşdur.
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. 1982-1992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. Tərtər və Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Astara rayonu Sərək kənd orta məktəbi onun adını daşıyır.
Astara rayonundakı "Qəhrəmanlar" parkında büstü qoyulmuşdur

Комментариев нет:

Отправить комментарий