Firuddin İsa oğlu Şamoyev

Firuddin Şamoyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
FİRUDDİN ŞAMOYEV
Firuddin İsa oğlu Şamoyev
Firudin Şamoyev.jpg
Doğum tarixi:7 fevral 1962
Doğum yeri:Qazax rayonu,
 Flag of the Azerbaijan Soviet Socialist Republic.svgAzərbaycan SSR
Vəfatı:13 aprel 1992 (30 yaşında)
Vəfat yeri:Quşçu Ayrım, Qazax rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur.
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

1962-ci il 7 fevral Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı.

Döyüşlərdə iştirakı

"N" saylı hərbi hissəyə komandir təyin edilən Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, düşəmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.

Ailəsi

Ailəli idi, üç övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı fərmanı ilə Şamoyev Firudddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Qazax şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Qazax şəhərindəki məktəblərdən biri qəhrəmanımızın adını daşıyır.

Комментариев нет:

Отправить комментарий