Zakir Məcidov Nüsrət oğlu

Zakir Məcidov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Zakir Məcidov
Zakir Məcidov Nüsrət oğlu
Zakir Məcidov.jpg
Doğum tarixi:26 iyun 1956
Doğum yeri:Həsənabad, Neftçala rayonu
Vəfatı:6 avqust 1992(36 yaşında)
Vəfat səbəbi:Şəhid
Milliyyəti:Azərbaycanlı
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açmışdır. 1963-cü ildə 17 saylı Bakı şəhəri orta məktəbinə getmiş, təhsilini 70 saylı orta məktəbdə tamamlamışdır. Orta təhsilini 1963-73-cü illərdə Bakıda başa vurduqdan sonra, Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi almışdır. Vətənə dönən gənc Zakir, əmək fəaliyyətinə başlayaraq, bir müddət Yevlax aviadəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə isə Bakı aviabölüyündə mexanik, 1979-cu ildə Zabrat aviabölüyündə AN-2 təyyarəsində yenidən yay uçuşlarında işləmişdi. 1980-ci ildə (1982) təyinatla Zabrat aviadəstəsində AN-2 təyyarəsinin komandiri təyin edilmişdir. Gənc leytenant 7 il bu müəssisədə çalışmışdır. İstehsalatdan ayrılmadan 1984-cü ildə ixtisasını artırmaq üçün Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçmişdir. Nəhayət, 1985-ci ildən artıq Mİ-2 vertolyotunda heyətin komandiri təyin olundu. Az müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə yüksək səriştə və bacarığına, göstərdiyi uçuş keyfiyyətinə görə Mİ-2 vertolyotuna baş komandir keçdi. Vətənin başını qara buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün ilk şahinlərdən biri oldu o. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Z.Məcidov, ordakı vəziyyəti görür, buna biganə qala bilmir və Vətənimiz son dərəcə təhlükəli durumda ikən bir çox mərd yurddaşlarımız kimi könüllülər sırasına daxil olur[1].

Döyüşlərdə iştirakı

Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunur. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edir, düşmənin xeyli texnikasını sıradan çıxarır. 1992-ci il avqustun 6-sı, yayın qızmar günlərindən biri idi. Həmin gün Z.Məcidov ekipaji ilə birgə üç dəfə uçuş edərək, ermənilərin döyüş əhəmiyyətli Kasapet yüksəkliyindəki mövqələrini darmadağın etmişdi. Növbəti, dördüncü dəfə uçmaq əmri verildi ona. Qərargaha yeni qayıdan Z.Məcidov bu əmri də böyük hünər, igidlik göstərərək yerinə yetirdi. Bu onun son uçuşu oldu. Döyüş əməliyyatını müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələdi. Sayıqlığını itirməyən igid komandir çox çalışır ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Mİ-24 vertolyotunun cəsur heyət üzvləri baş komandir Z.Məcidov 36 yaşında, təyyarəçi operator, Ukraynalı-Xarkov xilayətinin Zmaev şəhərində doğulmuş, ailəsinin yeganə yadigarı Ruslan Polovinko 22 yaşında və sərrast nişançı-snayperçi, Qax rayonunda dünyaya göz açmış Rəhimov Cavanşir İzzət oğlu 19 yaşında doğma Vətənimizin aydın səması uğrunda qəhrəmancasına həlak oldular. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layıq görülmüşdür. Onun yanmış cəsədi Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir. Neftçala rayon Uşaq Yaradıcılıq Mərkəzi Milli qəhrəman Z.Məcidovun adını daşıyır.

Ailəsi

1991-ci ilin noyabırında yenicə ailə qurmuşdu. Ölümündən üç ay sonra oğlu Fuad dünyaya göz açdı[1].
Ailəli idi. Bir övladı var.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.

Комментариев нет:

Отправить комментарий