Paşa Qurban oğlu Təhməzov

Paşa Təhməzov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ Müharibəsinin şəhidi.
PAŞA TƏHMƏZOV
Paşa Qurban oğlu Təhməzov
Paşa Təhməzov.jpg
Doğum tarixi:23 mart 1949.
Doğum yeri:Lənkəran, Flag of the Azerbaijan Soviet Socialist Republic.svgAzərbaycan SSR
Vəfat tarixi:23 avqust 1993(44 yaşında)
Vəfat yeri:Lənkəran, Flag of Azerbaijan.svgAzərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur.
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur.1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq "Talış Muğan Respublikası" adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanır. Paşa Təhməzov dövlətçiliyimizin qorunması uğrunda öz canını əsirgəmir. Cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində P. Təhməzov qəhrəmancasına həlak olur.
Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, "23 Avqust" meydanında büstü qoyulmuşdur.

Ailəsi

Ailəli idi, üç övladı qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Lənkəran rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Lənkəranda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.
Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. "23-Avqust" meydanında büstü qoyulub.

Комментариев нет:

Отправить комментарий