Сенюшкин Сергей Александрович

Sergey Aleksandroviç Senyuşkin (rus. Сенюшкин Сергей Александрович) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Sergey Senyuşkin
rus. Сенюшкин Сергей Александрович
Sergey Senyuşkin.jpg
Doğum tarixi:15 sentyabr 1957
Doğum yeri:Sızran, Samara, RSFSR, SSRİ
Vəfatı:29 fevral 1992 (34 yaşında)
Vəfat yeri:Xocalı, Azərbaycan Respublikası
Vəfat səbəbi:şəhid olmuşdur
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

15 sentyabr 1957-ci il Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olmuşdur. 1974-cü il Sızran şəhər orta məktəbini bitirmişdir.
Sergey burada Politexnik İnsitutuna daxil olur, 1975-ci ildən təhsilini Ali Hərbi Təyyarəçilər Məktəbində davam etdirir. 1979-cu ildə bu məktəbi müvəffəqiyyətlə bitirir. Sergey Mİ-8 və Mİ-24 vertolyotlarının uçuş proqramını peşəkar səviyyədə öyrənmişdi.

Döyüşlərdə iştirakı

1 fevral 1992-ci ildən həyatını Azərbaycanla bağlayan Sergey hərbi hissə komandiri təyin edilmişdi. Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradıcılarından hesab olunan Sergey, mülki təyyarəçilərə hərbçi təlimini keçməklə yanaşı, Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edərək çox sayda erməni döyüşçüsünü məhv etmişdi. Xocalı soyqırımı zamanı xeyli dinc sakini xilas edə bilsə də, Xocalıda ağır yaralanmış və 29 fevral 1992-ci ildə həlak olmuşdur.

Ailəsi

Ailəli idi, iki övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Senyuşkin Sergey Aleksandroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Samara vilayətinin Sızran şəhərində dəfn edilib.
Bakının Xətai rayonunda adına küçə var.

Комментариев нет:

Отправить комментарий