Karlov Yevgeni Nikolayeviç

Yevgeni Karlov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Yevgeni Karlov
Karlov Yevgeni Nikolayeviç
Yevgeni Karlov.jpg
Doğum tarixi:31 may 1960
Doğum yeri:Tula vilayətinin Dubovka qəsəbəsi
Vəfatı:11 aprel 1992(31 yaşında)
Vəfat yeri:Füzuli
Vəfat səbəbi:şəhid
Atası:Nikolay
Uşağı:2 övladı var
Milliyyəti:rus
Fəaliyyəti:təyyarəçi
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

1960-cı il mayın 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almış, 1977-ci ilin avqustun 1-də Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Y.Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olmuşdur. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı-təyyarəçi kimi çalışmağa başlamışdır. Öz peşəsinin vurğunu olan Yevgeni Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxt burada xidmət etməyi qərara almışdır. O, əvvəlcə Səngəçalda, sonra isə Bakıdakı "N" saylı hərbi hissədə təlimatçı pilot işləmişdir
Döyüşlərdə iştirakı
Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirdiyindən bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışmışdır. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak etmiş, igidlik nümunələri göstərmişdir. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlovun həyatının ən faciəli və son günü oldu. O, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Ailəsi

Ailəli idi. İki övladı yadigar qalıb.

Milli qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Karlov Yevgeni Nikolayeviç "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.
Doğulduğu Dubovka qəsəbəsində dəfn edilmişdir.

Комментариев нет:

Отправить комментарий