Ələkbər Həsən oğlu Əliyev

Ələkbər Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
ƏLƏKBƏR ƏLİYEV
Ələkbər Həsən oğlu Əliyev
Ələkbər Əliyev.jpg
Doğum tarixi:22 dekabr 1955.
Doğum yeri:İşıqlı kəndi, Qubadlı rayonu, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi:7 avqust 1992 (36 yaşında)
Vəfat yeri:Suarası kəndi, Laçın rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur.

Həyatı

Ələkbər Əliyev 22 dekabr 1955-ci ildə Qubadlının İşıqlı kəndində anadan olub. Sumqayıt Politexnik Texnikumunu bitirib. Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib.

Döyüşlərdə iştirakı

Əfsanəvi qəhrəman Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə təkbaşına 20-ə qədər erməni quldurunu məhv edib və qəhrəmancasına həlak olub.

Ailəsi

Evli idi, 4 övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır.
Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir.

Комментариев нет:

Отправить комментарий