Məhəmməd Ələsgər oğlu Həsənov

Məhəmməd Həsənov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmişdir.
MƏHƏMMƏD HƏSƏNOV
Məhəmməd Ələsgər oğlu Həsənov
Məhəmməd Həsənov.jpg
Doğum tarixi:9 avqust 1959 (57 yaş).
Doğum yeri:Goranboy rayonu, Azərbaycan Respublikası
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulmuşdur. 1966-1976-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil almışdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Sonra isə Kiyev şəhərinə gedir. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olur. 1984-cü ildə buradakı "Kommunist" zavoduna işə qəbul edilir. 1987-ci ildə Vətənə qayıdır və təhsil aldığı 3 saylı məktəbdə hərbidən dərs deyir.

Döyüşlərdə iştirakı

Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunur. Məhəmmədin döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçir. Ermənilər ağır itkilər verərək geri çəkildilər. Məhəmməd xeyli erməni quldurunu şəxsən özü məhv etdi. 1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra "N" saylı hərbi hissədə xidmətini davam etdirir. 1993-cü ildə Baki Ali Komandirlər Məktəbini bitirir. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdi. 2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor vəzifəsində çalışır.

Ailəsi

Ailəlidir, dörd övladı var.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Комментариев нет:

Отправить комментарий