Əsəd Soltan oğlu Əsədov

Əsəd Əsədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Əsəd Əsədov
Əsəd Əsədov (milli qəhrəman).jpg
Əsəd Soltan oğlu Əsədov
Doğum tarixi:22 mart 1956
Doğum yeri:Flag of Azerbaijan.svg Zəngilan rayonu
Vəfat tarixi:29 oktyabr 1991 (27 yaşında)
Vəfat yeri:Flag of Azerbaijan.svg Xocalı rayonu
Vətəndaşlıq:Flag of Azerbaijan.svg Azərbaycan
Xidmət illəri:1976—1991
Rütbə:Əsgər
Təltifləri:Azərbaycan Respublikasının Milli Qəhrəmanı

Həyatı

22 mart 1956-ci ildə Zəngilan rayonunun Turabad kəndində doğulmuşdur. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olmuşdur.

Döyüşlərdə iştirakı

29 oktyabr 1991-ci il AN-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxdı. Xocalı aeroportunda ermənilərdən ibarət işçi qrupunu aeroportun texniki istismarından uzaqlaşdiran AZAL-ın əməkdaşları şərəfli missiyanı yerinə yetirib geriyə uçarkən təyyarə düşmən tərəfindən ALAZAN raketi ilə vuruldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu.

Ailəsi

Ailəli idi. Dörd övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Əsədov Əsəd Soltan oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Zəngilan rayonunda dəfn edilmişdir.
Zəngilan rayonu Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki mərkəzi küçələrdən biri onun adını daşıyır.

Комментариев нет:

Отправить комментарий