Seymur Qəhrəman oğlu Məmmədov

Seymur Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
SEYMUR MƏMMƏDOV
Seymur Qəhrəman oğlu Məmmədov
Seymur Məmmədov.jpg
Doğum tarixi:18 sentyabr 1971
Doğum yeri:Füzuli şəhəri, Azərbaycan SSR
Vəfatı:1 aprel 1992 (20 yaşında)
Vəfat yeri:Məlikcanlı, Xocavənd rayonu
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdır. 1978-1988-ci illərdə burada 2 saylı məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılır. Hərbi xidmətini Almaniya və Ukraynada keçirir.

Döyüşlərdə iştirakı

Seymur Məmmədov ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılır. Seymur bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərmişdi. 1992-ci il 1 aprel Seymurun son döyüşü oldu. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni döyüşçsüsü olan 15 dayaq nöqtəsi məhv edildi. Həmin döyüşdə snayperlə vurulan Seymur 20 yaşında qəhrəmancasına şəhid oldu.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Oxuduğu məktəb onun adını daşıyır.

Комментариев нет:

Отправить комментарий