Polovinko Ruslan Aleksandroviç

Ruslan Aleksandroviç Polovinko — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Ruslan Polovinko
Polovinko Ruslan Aleksandroviç
Ruslan Polovinko.jpg
Doğum tarixi:21 oktyabr 1969
Doğum yeri:Zmiyov, Xarkov vilayəti, Ukrayna SSR
Vəfatı:6 avqust 1992(22 yaşında)
Vəfat yeri:Ağdərə
Vəfat səbəbi:Qəhrəmancasına həlak olub
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

Ruslan Polovinko 21 oktyabr 1969-cu il Ukraynanın Xarkov vilayətninin Zmiyev şəhərində anadan olmuşdur. 1987-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər məktəbinə daxil olur. Ali məktəbi bitirdikdən sonra 1991-ci ildə Naxçıvan şəhərində "N" saylı hərbi hissəyə göndərilir. Azərbaycan Hərbi Hava Qüvvələri yaradılanda o, xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında davam etdirir. Ruslan 1991-ci ildən ermənilərin Qarabağda törətdiklər vəhşiliklərə qarşı əməliyyatlarda iştirak etməyə başladı. Azərbaycanın erməni millətçiləri, faşistləri tərəfindən hücumlara məruz qalması məlum məsələ idi, onlar silahsız günahı olmayan insanları vəhşicəsinə qətlə yetirir, doğma ata-baba yurdlarından deportasiya edirdilər...

Döyüşlərdə iştirakı

Bildiyimiz kimi erməni yaraqlıları bütün bu vəhşilikləri tək deyil, həm də muzdlu qatillrəin köməkliyi ilə edirdilər...amma bunu dünya ölkələrinə sübut etmək üçün fakt lazım idi cəsur pilot Ruslan belə şərəfsizlərin bir neçə cəsədini ələ keçirməyə müvəffəq oldu. Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə düşmənin başına od ələyən Səma Qartalları əfsanəvi qəhrəmanlıqlar göstərirdilər. Mİ-24 vertolyotunun heyəti Polovinko Ruslan, Zakir Məcidov, Cavanşir Rəhimov 1992-ci il 6 avqust döyüşçülərimizin Kasapet yüksəkliyində mühasirəyə düşmələri barədə xəbəri alan kimi havaya qalxdılar...Üç dəfə təhlükəli uçuş edən hava qartalları düşmənin buradakı canlı qüvvəsini və zirehli texnikasını tamamilə məhv etdilər. Onlar yaralılarla yanaşı Şəhidlərimizi də təhlükəli ərazidən çıxara bildilər. Dördüncü uçuş zamanı Mi-24 vertolyotu erməni faşistləri tərəfindən raketlə vuruldu. Vətənimizin cəsur övladları qəhrəmancasına həlak oldular.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ukraynanın Xarkov vilayətinin Zmiyev şəhərində dəfn edilib.

Комментариев нет:

Отправить комментарий