Aslan Atakişiyev

Aslan Atakişiyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
ASLAN ATAKİŞİYEV
Aslan Atakişiyev
Aslan Atakişiyev.jpg
Doğum tarixi:16 avqust 1953
Doğum yeri:Muradxanlı, Qubadlı rayonu, Azərbaycan SSR
Vəfatı:7 avqust 1992(38 yaşında)
Vəfat yeri:Susuzdağ yüksəkliyi, Laçın rayonu, Azərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur.
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

Aslan Atakişiyev 1953-cü il 16 avqustda Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub. 1960-cı ildə burada birinci sinfə getmiş. 1970-ci ildə məktəbi bitirmişdir. 1972-1974-cü ilərdə hərbi xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunda müəllimliyə başlamışdır. Qarabağ hadisələri başlayanda o, müəllim işləyirdi. Vətən torpaqlarının təhlükə altında olduğunu görən Aslan öz doğma peşəsindən ayrılıb cəbhəyə yollandı.

Döyüşlərdə iştirakı

Aslan Atakişiyev torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilirdi. Cəbhə rəhbərliyi həmişə onun bu cəsarətini yüksək qiymətləndirirdi. Bu hünər və cəsarət az vaxt içərisində onu tabor komandirinin müavini kimi məsuliyyətli bir vəzifəyə gətirib çıxardı. Lakin tabor komandirinin müavini olmasına baxmayaraq öz əsgərləri içərisində qızğın yerlərdə döyüşə birinci atılırdı. Bu hünər və cəsarət çoxuna nümunəyə çevrilirdi.
Aslan Laçın rayonu uğrunda gedən döyüşlərdə Mazutlu, Səfiyan, Türklər, Suarası kimi kəndlərdə əsl qəhrəmanlıq göstərir.
1992-ci il 7 avqustda Sussuzdağ yüksəkliyi uğrunda qızğın döyüşlər gedirdi. Elə onun son döyüşü də burada oldu. Yağı düşmən çoxdan idi ki, onu nəzarətə almışdı. Döyüş zamanı Aslan Atakişiyev əsl mənada qəhrəmanlıq göstərib həlak olub. Lakin vətən onun bu igidliyini yüksək qiymətləndirdi və ona Azərbaycanın Milli Qəhrəmanı adını verdi.

Ailəsi

Ailəli idi, üç övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respubliksası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Atakişiyev Aslan Qabil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Məzarı Bakı şəhərindəki Şəhidlər xiyabanındadır.

Комментариев нет:

Отправить комментарий