İlqar Sədi oğlu İsmayılov

İlqar İsmayılov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
İLQAR İSMAYILOV
İlqar Sədi oğlu İsmayılov
İlqar İsmayılov.jpg
Doğum tarixi:29 mart 1959
Doğum yeri:Bakı şəhəri, Flag of the Azerbaijan Soviet Socialist Republic.svgAzərbaycan SSR
Vəfatı:1 oktyabr 1992(33 yaşında)
Vəfat səbəbi:şəhid olmuşdur.

Həyatı

29 mart 1959-cu il Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Bakı şəhərindəki 45 saylı orta məktəbə getmiş, 1976-cı ildə təhsilini başa vurmuşdur. Daha sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitunda təhsil almışdır. 1981-ci ildə hərbi xidmətə çağırılımış, 1983-cü ildə ordudan tərxis edilmişdir.

Döyüşlərdə iştirakı

İlqar 1991-ci ildən başlayaraq tez-tez döyüş bölgəsinə gedərdi. Onun şücaəti nəticəsində ermənilərlə vuruşan xeyli xarici vətəndaş ələ keçirilmişdir. Onun rəhbərliyi ilə 128 nəfər döyüşçümüz Qızartı yüksəkliyini erməni basqınçılarından azad etmişdir. İgid komandir 1992-ci il 1 oktyabr qəhrəmancasına həlak olmuşdur.

Ailəsi

Ailəli idi, iki övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önündə büstü qoyulub.

Комментариев нет:

Отправить комментарий