Edilov Yelmar Şahmar oğlu

Edilov Yelmar Şahmar oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Edilov Yelmar
Edilov Yelmar Şahmar oğlu
Yelmar Edilov.jpg
Doğum tarixi:10 aprel 1946
Doğum yeri:Ağdam, Əlimədədli
Vəfat tarixi:11 aprel 1994(48 yaşında)
Vəfat yeri:"Çərik" kökəltmə məntəqəsi
Vəfat səbəbi:şəhid
Atası:Şahmar
Uşağı:7 övladı var.
Milliyyəti:azərbaycanlı
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

Edilov Yelmar Şahmar oğlu 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. 1954-1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı samboçu idi. Qarnizon birinciliyi yarışları zamanı aldığı zədədən, o hərbi xidmətən ikinci qrup əlil kimi tərxis olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirir. 1970-ci ildə təhsilini başa vurdu. M.F.Axundov adına üzümçülük kolxozunda işə düzəlir.
1988-ci ildə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımı cavabı verdilər. 11 aprel 1994-cü ildə "çərik" kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə Yelmar qəhrəmanlıqla həlak olur.

Ailəsi

Ailəli idi. Yeddi övladı var.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərindəki ikinci Şəhidlər xiyabanında dəfn edilmişdir.

Комментариев нет:

Отправить комментарий