Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov

Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
FƏXRƏDDİN NƏCƏFOV
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov
Fəxrəddin Nəcəfov.jpg
Doğum tarixi:31 mart 1967.
Doğum yeri:Bakı şəhəri, Flag of the Azerbaijan Soviet Socialist Republic.svgAzərbaycan SSR
Vəfatı:4 sentyabr 1992(25 yaşında)
Vəfat yeri:Çıldıran, Ağdərə rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur.
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il iyul ayının 7-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985- 1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur.

Döyüşlərdə iştirakı

1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Milli Qəhrəman

Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.
Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Nəsimi rayonunun 266 nömrəli məktəbi onun adını daşıyır.

Комментариев нет:

Отправить комментарий