Əlabbas Qara oğlu İsgəndərov

Əlabbas İsgəndərov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
ƏLABBAS İSGƏNDƏROV
Əlabbas Qara oğlu İsgəndərov
Əlabbas İsgəndərov.jpg
Doğum tarixi:25 iyul 1958
Doğum yeri:Ağdam rayonu, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı:4 mart 1992 (33 yaşında)
Vəfat yeri:Qazançı, Ağdam rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur.
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

25 iyul 1958-ci il Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, cavanlığında Kolanı obasında ad-san çıxarmış, əyilməzliyi ilə hamının hörmətini qazanmışdır. 18 yaşı tamam olduqda ordu sıralarına çağırılır, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olur. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu.

Döyüşlərdə iştirakı

1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirdən çıxa bilmirdi erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər. 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə o qəhrəmancasına həlak oldu.

Ailəsi

Evli idi, üç övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağdamın Şəhidlər xiyabanında dəfn edilmişdir.

Комментариев нет:

Отправить комментарий