Rövşən Nəriman oğlu Əliyev

Rövşən Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Rövşən Əliyev
Rövşən Nəriman oğlu Əliyev
Rövşən Əliyev (milli qəhrəman).jpg
Doğum tarixi:30 avqust 1972
Doğum yeri:Bakı şəhəri, Azərbaycan Respublikası
Vəfat tarixi:14 iyun 1992 (19 yaşında)
Vəfat yeri:Dəhrəz, Xocalı rayonu, Azərbaycan Respublikası
Vəfat səbəbi:Şəhid olmuşdur
Atası:Nəriman Əliyev
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

30 avqust 1972-ci ildə Bakı şəhərində doğulmuşdur. Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. 1991-ci ilin mayında könüllü olaraq orduya yazıldı.

Döyüşlərdə iştirakı

Rövşən Əliyev Ağdamda yaradılmış milli müdafiə taboruda döyüş meydanına atıldı. O, döyüşlərdə Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak etdi. Cəsur döyüşçü 1992-ci ilin martında yeni tapşırıq aldı: "Əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır". Verilən bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən Əliyev Rövşən 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə iştirak edərkən düşmən gülləsi onun arzularla dolu qəlbini susdurmuşdur.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilmişdir.

Комментариев нет:

Отправить комментарий