Füzuli


Füzuli rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1390 km2, əhalisi 118 900 nəfərdir (01.01.2011). Mərkəzi Füzuli şəhəridir. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixindən erməni işğalı altındadır.
Rayona Füzuli şəhəri, Horadiz şəhəri, 16 yeni salınmış qəsəbə (Qayıdış-1, Qayıdış-2, Qayıdış-3, Qayıdış-4, Qayıdış-5, Qayıdış-6, Qayıdış-7, Qayıdış-8, Qayıdış-9, Qayıdış-10, Qayıdış-11, Zobucuq-1, Zobucuq-2, Zobucuq-3, Zobucuq-4, Zobucuq-5) və Əhmədbəyli, Bala Bəhmənli, Araz-Zərgar, Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Böyük Bəhmənli, Kərimbəyli, Arayatılı, Babı, Mollaməhərrəmli, Horadiz, Aşağı Seyidəhmədli, Şükürbəyli, Yuxarı Seyidəhmədli, Qorqan, Şəkərcik, Şıxlı, Gecəgözlü, Üçüncü Mahmudlu, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Saracıq, Yuxarı Rəfədinli, Gorazıllı, Qaradağlı, Yuxarı Güzlək, Xatınbulaq, Qacar, Divanalılar, Qaraxanbəyli, Merdinli, Qoçəhmədli, Ans, Mollavəli, Dədəli, İşıqlı, Qarğabazar, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Qaraməmmədli, Dilağarda, Qobu Dilağarda, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Əbdürrəhmanlı, Dördçinar, Seyidmahmudlu, Ələsgərli, Hüseynbəyli, Pirəhmədli, Musabəyli, Mandılı, Aşağı Güzlək, Aşağı Rəfədinli, Üçbulaq, Cuvarlı, Xələfşə, Çimən, Yuxarı Aybasanlı, Dövlətyarlı, Aşağı Yağlıvənd, Qarakollu, Govşadlı, Hacılı, Mirzəcamallı, Zərgar, Qızılqışlaq, Ağbaşlı, Murtuzalılar, Hüngütlü, Sərdərli, Sıxımlı, Gövşatlı kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 54 uşaq bağçası, 10 musiqi məktəbi, 27 klub, 2 muzey, 90 kitabxana, 13 xəstəxana, 17 həkim məntəqəsi, 48 feldşer-mama məntəqəsi fəaliyyət göstərib.
Rayonda çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, о cümlədən qədim yaşayış məskənləri və kurqanlar (Yeni Daş dövrü, Tunc dövrü), türbələr (XIII-XVIII əsrlər), məscidlər (XVII-XIX əsrlər), karvansara (1684-cü il) və s. qalmışdır.

Hacı Ələkbər məscidi


Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılmışdır. Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir. Bu dini ocaq Hacı Ələkbər məscidi adlandırılmışdır. Hacı Ələkbər xeyriyyəçi olub. O, bu məscidin inşası üçün vəsait ayırıb və Şuşadan ustalar dəvət edib. Xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq yerli camaat Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən birincisinin qənşərində dəfn etmişdir.
1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən işğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşmüşdür.

Qarğabazar karvansarası


Karvansara 1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin döşündə inşa olunmuşdur. Karvansara tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Onun memarı məlum deyil.
Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır. Girişin sağ və sol tərəflərində gözətçi otaqları qarşısında iki böyük sal daş vardır. Görünür, gözətçilər həmin daşların üstündə dayanıb, karvansaraya daxil olan karvanların yüklərinə baxırmışlar. Karvansara ölkənin daşınmaz tarixi abidələrindən hesab edilir.
Qarğabazar kəndinin işğalından sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişlər.

Qarğabazar kəndində məscid


Qarabağın zaman etibarı ilə qədim məscidlərindən biri də Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapıb. Çünki məscidin qapı çatı üzərindəki kitabədə yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-84-cü ilə uyğundur. Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materiallardan tikilmiş bir zaldan ibarət olmuşdur. Dam örtüyü tağtavan şəklindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmayıb. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilib. Onunla eyni dövrdə tikilən karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir.
1993-cü ildə Füzuli rayonunun işğalı zamanı Hacı Qiyasəddin məscidi də erməni vandalları tərəfindən dağıdılıb.

Mir Əli türbəsi


Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvari türbə xalq arasında Mir Əli türbəsi adı ilə tanınır. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir.
Üzərində kitabə və ornament olmasa da inşaat texnikası və həcm-məkan quruluşuna görə, onun Elxanilər dövründə - XIII əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi şübhə doğurmur.

Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ
Abidənin adı
Tarixi
Yerləşdiyi ünvan
Karvansara
XVII əsr
Qarğabazar kəndi
Mir Əli türbəsi
XIV əsr
Aşağı Veysəlli kəndi

ARXEOLOJİ ABİDƏLƏR
Abidənin adı
Tarixi
Yerləşdiyi ünvan
Qarabulaq kurqan çölü
tunc dövrü
Füzuli şəhərindən şimal-qərbdə
Günəştəpə yaşayış yeri
e.ə. II-I minilliklər
Köndələnçayın sağ sahilində
Qaraköpəktəpə yaşayış yeri
e.ə.IV əsr e.-I əsr və orta əsrlər
Köndələnçayın sağ sahilində
Zərgərtəpə yaşayış yeri
tunc dövrü
Zərgər kəndi
Şəkərçik yaşayış yeri
tunc dövrü
Şəkərçik kəndi
Balalartəpə yaşayış yeri
ilk tunc dövrü
Qaraxanbəyli kəndinin cənub-şərqində
Uzuntəpə yaşayış yeri
ilk tunc dövrü
Quruçay və Köndələnçay arasında
Meynətəpə yaşayış yeri
ilk tunc dövrü
Quruçay və Köndələnçay arasında
Xantəpə yaşayış yeri
ilk tunc dövrü
Quruçay və Köndələnçay arasında
Dədəli kəhrizi
XIX əsr
Dədəli kəndi
Hacı Bayram kəhrizi
XIX əsr
Qoçəhmədli kəndi
Qalpirəhmədli kəhrizi
XIX əsr
Qoçəhmədli kəndi
Kəhriz
XIX əsr
Saracın kəndi

Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ
Abidənin adı
Tarixi
Yerləşdiyi ünvan
İnzibati bina

Füzuli şəhəri
Müəllimlər evi
XIX əsr
Füzuli şəhəri
İcra Hakimiyyətinin binası
XIX əsr
Füzuli şəhəri
Hamam
XIX əsr
Füzuli şəhəri
Bulaq
XIX əsr
Qarğabazar kəndi
Məscid
XIX əsr
Qorqan kəndi
Bulaq
XIX əsr
İşıqlı kəndi
Bulaq
XIX əsr
Xələfşə kəndi
Hacı Ələkbər məscidi
XVII-XIX əsrlər
Füzuli şəhəri
Dəyirman
XIX əsr
Füzuli şəhəri
Körpü
XIX əsr
Füzuli şəhəri
Məscid
XVII əsr
Qarğabazar kəndi
Türbə
XVIII əsr
Qarğabazar kəndi
Məscid
XIX əsr
Dədəli kəndi
Körpü
XVIII əsr
Gorəzilli kəndi
Məscid
XIX əsr
Qacar kəndi
Məscid
XIX əsr
Mərdinli kəndi
Körpü
XIX əsr
İşıqlı kəndi
Körpü
XIX əsr
Şıxlı kəndi
Məscid
1889-cu il
Horadiz qəsəbəsi
Məscid
XX əsr
Horadiz qəsəbəsi
İmamzadə
XIX əsr
Horadiz qəsəbəsi
Məscid
XIX əsr
Gecəközlü kəndi
Məscid
XIX əsr
Yuxarı Veysəlli kəndi
Türbə
XIX əsr
Seyidəhmədli kəndi
Məscid
XIX əsr
Aşağı Dilağarda kəndi
Məscid
XVIII əsr
Qocəhmədli kəndi
Körpü
XIX əsr
Qocəhmədli kəndi
Arış körpüsü
XIX əsr
Qocəhmədli kəndi
Sərdərli məscidi
XIX əsr
Qocəhmədli kəndi
Körpü
XVII əsr
Qocəhmədli kəndi
Məscid
XIX əsr
Qocəhmədli kəndi
Alı körpüsü
XIX əsr
Saracıq kəndi
Körpü
XIX əsr
Saracıq kəndi
Kərəm körpüsü
XIX əsr
Saracıq kəndi
Məscid
XVIII əsr
Qaradağlı kəndi
Türbə
XIX əsr
Zuzarı Divanallar kəndi
Məscid
XIX əsr
Qaraxanbəyli kəndi

BAĞ-PARK, MONUMENTAL VƏ XATİRƏ ABİDƏLƏRİ
Abidənin adı
Tarixi
Yerləşdiyi ünvan
M. Füzulinin heykəli
1970
Füzuli şəhəri
Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi

Füzuli şəhəri, Mərkəzi park


Комментариев нет:

Отправить комментарий