Etibar Böyükağa oğlu Əliyev

Etibar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
ETİBAR ƏLİYEV
Etibar Böyükağa oğlu Əliyev
Etibar Əliyev.jpg
Doğum tarixi:11 iyul 1955
Doğum yeri:Lənkəran şəhəri, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi:23 avqust 1993(38 yaşında)
Vəfat yeri:Lənkəran, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur.
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

Etibar Əliyev 11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbdə 8-ci sinfi bitirib. O, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər vəzifəsinə yiyələnmişdir. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. Etibar Əliyev 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurmuşdur. Hal-hazırda Müsavat Partiyasının 1 saylı üzvlük vəsiqəsi Etibar Əliyevin adına yazılmışdır.

Ailəsi

Ailəli idi. İki qızı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Etibar Əliyev Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Adına Lənkəran şəhərində küçə var. Şəhərin "23 Avqust" meydanında büstü qoyulub.

Комментариев нет:

Отправить комментарий