Elton Xaləddin oğlu İsgəndərov

Elton Xaləddin oğlu İsgəndərov - Azərbaycanın Milli Qəhrəmanı (2009)
Elton İsgəndərov
  Elton Xaləddin oğlu İsgəndərov
Doğum tarixi21 oktyabr 1990
Doğum yeriSamux rayonu, Əhmədbəyli kəndi
Ölüm tarixi18 iyun 2009 (18 yaşında)
Ölüm yeriCəlilabad
Dəfn yeriSamux rayonu, Əhmədbəyli kəndi
Ölüm səbəbiözünü qumbaranın üzərinə atıb
Milli Qəhrəman adıAzərbaycanın Milli Qəhrəmanı

Həyatı

Elton Xaləddin oğlu İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub.
1996-cı ildə Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
Elton İsgəndərov 2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
O, 2008-ci ildən Milli Ordunun Sərhəd Xidmətində qulluq edib, özünü nümunəvi əsgər kimi göstərib.
2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, döyüşün ağır yerində sərhəd pozucularından biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atıb, cəsur əsgər dərhal özünü qumbaranın üzərinə atıb, həlak olub, amma öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas edib.
Samux rayonu Əhmədbəyli kənd qəbristanlığında dəfn edilib.
2009-cu il iyunun 29-da Milli Qəhrəman adı alıb.
Ganca.az saytında isə məlumat verilib ki, Cəlilabad ərazisində hərbi xidmətdə olan əsgər Elton Xaləddin oğlu İsgəndərov "Meşə qardaşları" terror təşkilatının üzvləri sərhədimizi keçmək istəyərəkən başlanan vuruşma zamanı həlak olub. Sərhədi keçməyə cəhd edən "Meşə qardaşları" terror təşkilatının yaraqlıları ilə atışma zamanı iki nəfər zabitimiz yaralanıb, Elton İsgəndərov isə aldığı güllə yarasından keçinib. Terrorçulardan isə bir nəfər elə E.İsgəndərov tərəfindən məhv edilib, 3 nəfərsə yaxalanıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı fərmanı ilə Elton Xaləddin oğlu İsgəndərov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Комментариев нет:

Отправить комментарий