Arif Maasif oğlu Qədiməliyev

Arif Qədiməliyev – Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin fəal iştirakçısı.
Arif Qədiməliyev
Arif Maasif oğlu Qədiməliyev
Arif Qədiməliyev.jpg
Doğum tarixi:13 iyul 1975
Doğum yeri:Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi:17 mart 1995 (19 yaşında)
Vəfat səbəbi:şəhid
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

13 iyul 1975-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmiş və sovxozda işləmişdir. 1993-cü ildə Ağstafa rayonundan Milli Ordu sıralarına çağırılmışdır. 1994-cü ildə 18 yanvar tarixdə cəbhəyə göndərilmişdir.

Döyüşlərdə iştirakı

Arif "N" saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə döyüşmüşdür. O, həm kəşfiyyatçı, həm də nişançı-atıcı kimi komandirlərin hörmətini qazanmışdır. 13-17 mart hadisələri (1995) zamanı o dövlətçiliyimiz uğrunda canından keçdi…

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qədiməliyev Arif Maasif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Dağ Kəsəmən kəndində dəfn edilmişdir.
Ağstafa şəhərində büstü qoyulmuşdur, qəhrəmanımızın adına mədəniyyət evi var.

Комментариев нет:

Отправить комментарий