Məmmədov İbrahim İsmayıl oğlu

İbrahim Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
İBRAHİM MƏMMƏDOV
Məmmədov İbrahim İsmayıl oğlu
İbrahim Məmmədov.jpg
Doğum tarixi:20 dekabr 1958
Doğum yeri:Naxçıvan, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi:16 fevral 1994(35 yaşında)
Vəfat yeri:Kəlbəcər rayonu, Azərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur
Atası:İsmayıl

Həyatı

Məmmədov İbrahim İsmayıl oğlu 20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə Naxçıvan şəhər 3 saylı məktəbi bitirmişdir. 1977-1979-cu illərdə hərbi xidmətdə olur. İbrahim xidmət edərkən PDM-də tuşlayıcı-operator ixtisasına yiyələnir. 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, 1993-cü ildə təhsilini başa vurur. 1990-cı il 20 Yanvar hadisəsinin dünyaya çatdırılmasında çox böyük işlər görmüşdür.

Döyüşlərdə iştirakı

İbrahim Məmmədov 1993-cü ildə Milli Ordu sıralarına yazılır və döyüşlərdə iştirak etməyə başlayır. Tezliklə Kəlbəcərə yollanır. 1994-cü il 16 fevral Kəlbəcər rayonunda qızğın döyüşlər gedirdi… İbrahim bu döyüşdə ermənilərin 3 tankını və xeyli canlı qüvvəsini məhv etdi. İbrahim döyüşün qaynar nöqtələrindən birində idi, burada snayper gülləsi onu yaralayır cəsur döyüşçü bu yaradan da həlak oldu.

Ailəsi

Ailəli idi, iki övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 20 iyun 1994-cü il tarixli 156 saylı fərmanı ilə Məmmədov İbrahim İsmayıl oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Комментариев нет:

Отправить комментарий