Yuri Petroviç Kovalyov

Yuri Petroviç Kovalyov (rus. Юрий Петрович Ковалёв; d. 29 noyabr 1965, Göyçay, Azərbaycan SSR, SSRİ – ö. 9 mart 1991, Ağdam, Azərbaycan) — Rus əsilli Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Yuri Kovalyov
Yuri Petroviç Kovalyov
Yuri Kovalyov.jpg
Doğum tarixi:29 noyabr 1965
Doğum yeri:Göyçay, Azərbaycan SSR, SSRİ
Vəfatı:3 sentyabr
1991 (25 yaşında)
Vəfat yeri:Ağdam, Azərbaycan
Vəfat səbəbi:şəhid olub
Atası:Petr Kovalyov
Anası:Larisa Kovalyova
Həyat yoldaşı:Tamara Kovalyova
Uşağı:Yulya Kovalyova
Regina Kovalyova
Milliyyəti:Rus
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Erkən illəri

Yuri Kovalyov 1965-ci il noyabrın 29-da Göyçay rayonunda rus ailəsində anadan olmuşdur. Üç yaşında olarkən atası onun ailəsini atmışdı.1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 ildən sonra isə Bakıya qayıtmışlar.O, orta təhsillə yanaşı idmana da böyük maraq göstərirdi.11 yaşında olarkən idman ustası və Azərbaycanın əməkdar məşqçisi Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbinin ixtisaslaşdırılmış sinfində sevdiyi idman növünün sirlərinə yiyələnmişdi.Hələ futbol məktəbində oxuyarkən bacarıqlı qapıçı kimi formalaşan Yura öz çevikliyi ilə yoldaşları arasında fərqlənirdi.O, iki dəfə Bakı çempionu olmuş, Respublika və Ümumittifaq turnirlərində Bakının gənclərindən ibarət yığma komandasının qapısını qorumuşdu.
1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirmişdir.1982-ci ilə kimi Azərittifaqın reklam istehsalat kombinatında çalışmışdır.1983-cü ildə Pribaltika hərbi dairəsinin sıralarına çağırılmış, hava desant qoşunlar xidmət etmiş və 1985-ci ildə ordudan tərxis olunmuşdur.1987-ci ildə Bakı Qırmızı bayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar və Praporşiklər Məktəbinə daxil olmuşdur.

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

O, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir, Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşur.Kovalyov Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərmişdir.Düşmən tərəfindən "Əsədovun bandası” adlandırılan XTMD-nin əməkdaşları ilə düşmənin rahatlığını əlindən almışdı.Düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı. Başına yüz min rubl qiymət qoyulmuşdu.General Məhəmməd Əsədovun və nazir müavini polkovnik Ramiz Məmmədovun Yura Kovalyova böyük rəğbəti var idi və Kovalyov onları tez-tez müşayiət edərdi.
1991-ci ilin aprel ayıda döyüş zonalarında fərqlənmiş bir qrup OMONçunu mükafatlandırmaq üçün Daxili İşlər Nazirinin müavini Rəhim Quliyev və nazirliyin şöbə rəisi Həmid Cəfərov XTMD-yə gəlmişdilər.Mərasimdə çıxış edən Həmid Cəfərov 1991-ci il aprel ayının 3-də respublikanın xalq deputatlarından Aydın Məmmədovun, Tamerlan Qarayevin, Ramiz Fətəliyevin və bir sıra rəsmi şəxslərin və özünün vertolyot qəzasına uğramalarından söhbət açaraq vertolyotdakıların xilas olmasında Yura Kovalyovun yüksək peşə səriştəliyi nümayiş etdirməsini xüsusilə qeyd etdi.[2] Söhbət zamanı Yura ünvanına deyilən təriflər qarşısında təvazökarcasına susdu və sonra qeyd etdi ki,
"Mən də azərbaycanlıyam, bu torpağın çörəyini yemişəmsə, suyunu içmişəmsə, ona da xidmət etməliyəm."
Onun rus olması xarici jurnalistləri təəccübləndirirdi.Yura Kovalyov Şuşanın Qaladərəsi kəndində Azərbaycan jurnalistlərini müşayiət edərkən, gözlənilmədən ora Ermənistan vertolyotu enmiş və vertolyotdakı xarici müxbirlər onunla görüşmək istəmişlər. Xarici jurnalistlər Kovalyovu suala tutmuşlar:
"— Siz russunuzmu?
— Bəli, mən rusam, Azərbaycan isə vətənimdir.
"
O, cəbhə xəttindən anasına göndərdiyi şəklin arxasına "Qarabağ mənim vətənimdir, iftixarımdır, sevincimdir, kədərimdir" kəlmələrini yazmışdı.

Ölümü

1991-ci il sentyabrın 13-ü Yura Kovalyov Bakıdan çıxmış, həlak olduğu gündən iki gün əvvəl axırıncı dəfə evə zəng vurub hal-əhval etmişdi.
1991-ci il 3 oktyabrda digər OMONçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları UAZ-ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yura Kovalyov həlak olur, Kudenin isə ağır yaralanır. Ermənilər UAZa yaxınlaşanda partlayış baş verir. Ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Şəxsi həyatı

Yuri Kovalyov Tamara xanım ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.Regina və Yuliya adlı qızı yadigar qalıb.

İrsi

Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.

Filmoqrafiya

  1. Azərbaycanlı Yura (film, 2014) — (tammetrajlı sənədli televiziya filmi)

Təltif və mükafatları

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Yuri Kovalyov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.[1]
  • 1992 — Flag of Azerbaijan.svg Azərbaycanın Milli Qəhrəmanı

Комментариев нет:

Отправить комментарий