Soltanağa Nəhmət oğlu Bayramov

Soltanağa Nəhmət oğlu Bayramov (17 oktyabr 1936 — 23 avqust 1993) — Azərbaycanın Milli Qəhrəmanı.
Soltanağa Bayramov
Soltanağa Nəhmət oğlu Bayramov
Sultanağa Bayramov.jpg
Doğum tarixi:17 oktyabr 1936
Doğum yeri:Şürük, Lənkəran rayonu, Azərbaycan Respublikası
Vəfat tarixi:23 avqust 1993(56 yaşında)
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirmişdir. 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirərək, təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə fizio-terapevt, sonra isə rentgenoloq-texnik vəzifəsində işləmişdir.
Soltanağa Bayramov hospitalda çalışdığı müddət ərzində “Səhiyyə əlaçısı” adını qazanmışdı. Milli Ordumuzun neçə-neçə əsgərinin sağalıb fəal həyata qayıtmasında Soltanağa Bayramovun böyük əməyi olmuşdur.
Soltanağa Bayramov Əlikram Hümbətov öz quldur dəstəsi ilə Azərbaycanın cənub bölgələrində ağır cinayətlər törətdiyi zamanlarında faciəli surətdə həlak oldu.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilmiş və büstü qoyulmuşdur.Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Ailəsi

Ailəli idi, dörd övladı var.

Комментариев нет:

Отправить комментарий