Çingiz Salman oğlu Qurbanov

Çingiz Qurbanov (tam adı: Çingiz Salman oğlu Qurbanov; d. 24 noyabr 1994; Həzrə kəndi, Qusar rayonu, Azərbaycan - ö. 29 dekabr 2016; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2016-cı ildə qəhrəmancasına şəhid olub və ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Çingiz Qurbanov
Çingiz Qurbanov şehid.jpg
Doğum tarixi:24 noyabr 1994
Doğum yeri:Qusar rayonu, Azərbaycan
Vəfat tarixi:29 dekabr 2016 (22 yaşında)
Vəfat yeri:Tovuz rayonu, Azərbaycan
Vətəndaşlıq:Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti:Coat of arms of the Azerbaijani Armed Forces.png A.R. Silahlı Qüvvələri
Xidmət illəri:2016
Rütbə:Əsgər
Təltifləri:Azərbaycanın Milli Qəhrəmanı
"Qızıl Ulduz" medalı

Həyatı

Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil oldu. Daha sonra, 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollandı.

Hərbi xidməti

Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşdü və şəhid oldu. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qaldı. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verdi.
Fevralın 6-sı saat 09.30-da isə Çingiz Qurbanov ilə vida mərasimi baş tutdu. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və bir sıra digər rəsmi şəxslər qatıldı. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov Çingiz Qurbanovun qəhrəmanlığından danışıb.
Daha sonra Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanına son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qurbanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.
Fevralın 9-da isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çingiz Qurbanovun ailə üzvlərini qəbul etdi. İlham Əliyev qəbulun sonunda şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalını və Bakı şəhərində yerləşən üç otaqlı mənzilin orderini təqdim etdi.

Dövlət təltifləri

  • "Qızıl Ulduz" medalı — (2017) "Azərbaycanın Milli Qəhrəmanı" və "Qızıl Ulduz" medalı

Комментариев нет:

Отправить комментарий