Etibar Firudin oğlu Hacıyev

Hacıyev Etibar Firudin oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
ETİBAR HACIYEV
Etibar Firudin oğlu Hacıyev
Etibar Hacıyev.jpg
Doğum tarixi:5 aprel 1971.
Doğum yeri:Zod, Göyçə
Vəfatı:15 iyun 1992 (21 yaşında)
Vəfat yeri:Ağcakənd, Goranboy, Flag of Azerbaijan.svgAzərbaycan
Vəfat səbəbi:Şəhid olmuşdur
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

Etibar Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür.

Döyüşlərdə iştirakı

1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Göygöl rayonunda dəfn edilmişdir.
Göygöl rayonunda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

Комментариев нет:

Отправить комментарий