Anatoli Nikolayeviç Davidoviç

Anatо́li Nikolа́yeviç Davidо́viç (belar. Анато́ль Мікала́евіч Давідо́віч) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.


Anatoli Nikolayeviç DavidoviçAnatoli Davidoviç.jpg
Tam adıAnatoli Nikolayeviç Davidoviç
Doğum tarixi28 mart 1965
Doğum yeriSkabin kəndində, Kapıl rayonunun[1],
Minsk vilayəti Minsk vilayəti, BSSRBSSR
Ölüm tarixi13 iyun 1992(27 yaşında)
Ölüm yeriBakı şəhəri, Azərbaycan Respublikası
Dəfn yeriSlutsk, Minsk vilayəti, Belarus Respublikası
Ölüm səbəbiŞəhid olmuşdur
Milli Qəhrəman adıAzərbaycanın Milli Qəhrəmanı medalı (1992) 3 iyul, 1992, fərman N 24

Həyatı


Slutsk.
Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kаpıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açmışdır. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən. Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib.
1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır.

Döyüşlərdə iştirakı

"N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük tövhələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi... Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır, onu xilas etmək mümkün olmur. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumdu. Belarus Respublikasının Slutsk şəhərində dəfn edilmişdir.

Ailəsi

Ailəli idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Xatirəsi

Gəncə, gerb Gəncədə küçəyə mayor Davidoviç adı verildi (10 aprel 2015).

Комментариев нет:

Отправить комментарий