Vasili Əhməd oğlu Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
VASİLİ ƏLİYEV | |
Vasili Əhməd oğlu Əliyev | |
Doğum tarixi: | 15 yanvar 1959 |
---|---|
Doğum yeri: | Qubadlı |
Vəfat tarixi: | 20 oktyabr 1992(33 yaşında) |
Vəfat yeri: | Topağac yüksəkliyi |
Vəfat səbəbi: | Şəhidlik |
Atası: | Əhməd Əliyev |
Anası: | Vera Qirqoryevna |
Uşağı: | Elmir Əliyev Zülfiyyə Əliyeva |
Milliyyəti: | Azərbaycanlı |
Təltifləri: |
Həyatı
Vasiliy Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edirdi.
Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasiliy ilk gündən özünü qızğın döyüş yerlərinə atırdı. Buna səbəb onun torpağımıza göz dikən düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Nəhayət, bu nifrət onu Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə gətirib çıxarmışdı. Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözündən yayınmadı. O, bu döyüşdə həlak oldu. Lakin,onun bu şücaəti Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il fərmanı ilə "Azərbaycan milli qəhrəmanı" adına layiq görüldü.
Qubadlının şəhidlər xiyabanında uyuyan Vasiliy Əhməd oğlu Əliyevin məzar daşındakı onun milli qəhrəmana xas olan baxışları hər gün hörmətlə yad edilir. Onun övladları bir qızı və bir oğlu ataları ilə fəxr edirlər.
Ailəsi
Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.
Комментариев нет:
Отправить комментарий