Laçın

Laçın

İşğal tarixi 18.05.1992
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.
Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.
Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş və bu  adı da ona özü vermişdir. Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Rayonun mərkəzi Laçın şəhəridir.
Rayonun ərazisi 1883 kv. km., əhalisi 65430 nəfər olmuşdur.
 


Laçın koridoru

217 mədəniyyət müəssisəsi;
142 səhiyyə obyekti;
133 idarə və müəssisə;
100 ümumtəhsil məktəbi;
5 məktəbəqədər müəssisə;
5 musiqi məktəbi;
1 internat məktəbi;
1 orta texniki peşə məktəbi;
1 rabitə müəssisəsi.
 
1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olub. . Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın , bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vüqarlı Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaqlardan imzalamışdı. Şuşa və Laçın həmin günlər yalnız taleyin ümidinə qalmışdı. silindi, minlərlə baş mal-qara aparıldı, ən başlıcası isə laçınlılar doğma obalarından perik düşərək respublikamızın bölgələrinə səpələndilər.
1992-ci ildən dağlar gözəli Laçın erməni daşnaklarının ayaqları altında inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar. Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırlar. Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə apardığı siyasət deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil

Комментариев нет:

Отправить комментарий