Əli Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi
.
ƏLİ MƏMMƏDOV | |
Əli Hüseyn oğlu Məmmədov | |
Doğum tarixi: | 11 avqust 1955. |
---|---|
Doğum yeri: | Naxçıvan şəhəri, Azərbaycan Respublikası |
Vəfatı: | 1 oktyabr 1992(37 yaşında) |
Vəfat yeri: | Laçın rayonu, Azərbaycan Respublikası |
Vəfat səbəbi: | şəhid olmuşdur. |
Mükafatları: |
Həyatı
Əli Məmmədov 11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə almışdır. 1975-ci ildə ordu sıralarına çağırılır. Əli Macarıstanda xidmətini başa vurur. 1982-ci ildə Polis Akademiyasına daxil olmuşdur. Əli Məmmədov 1992-ci ildən cəbhəyə getməyə başlayır.
Döyüşlərdə iştirakı
Əli Məmmədov 1992-ci il 24 sentyabr Laçın cəbhəsində vuruşmağa başlayır. Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz 1 oktyabr 1992-ci il tarixində səhər tezdən güclü hücuma məruz qalırlar. Yaralıları təhlükəsiz yerə çaıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli başından ağır yaralanır. Mərd və cəsur döyüşçü bu yaradan da əbədiyyətə qovuşur.
Ailəsi
Ailəli idi, iki övladı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı küçələrindən biri Əli Məmmədovun adını daşıyır
Комментариев нет:
Отправить комментарий