İlham Müzəfər oğlu Əliyev

İlham Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
İLHAM ƏLİYEV
İlham Müzəffər oğlu Əliyev.
İlham Əliyev (milli qəhrəman).jpg
Doğum tarixi:5 may 1961
Doğum yeri:Gədəbəy rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic.svgAzərbaycan SSR
Vəfatı:19 avqust 1990 (29 yaşında)
Vəfat yeri:Əskipara, Qazax, Flag of Azerbaijan.svgAzərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur.

Həyatı

5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Orta məktəbi 1978-ci ildə bitirmiş, 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1985-ci ildə İlham Əliyev Braynsk Xüsusi Orta Milis Məktəbinə daxil olur.

Döyüşlərdə iştirakı

19 avqust 1990-cı il leytenant İlham Əliyev torpaqlarımızın müdafiəsinə göndərildi. Qazax rayonunun Əskipara kəndində döyüşən İlham qəhrəmancasına həlak oldu.

Ailəsi

Evli idi. Bir övladı var.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 6 iyul 1992-ci il tarixli 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Gədəbəy rayonunda dəfn edilib.

Xatirəsi

  • Gədəbəy şəhərindəki 1 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.
  • 2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman - İsgəndər Aznaurov, Məzahir Rüstəmov və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.

Комментариев нет:

Отправить комментарий