Səfəralı Qurban oğlu Məmmədov

Səfəralı Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Səfəralı Qurban oğlu Məmmədov
Səfəralı Məmmədov.jpg
Doğum tarixi:16 oktyabr 1963.
Doğum yeri:Sərçuvar, Masallı rayonu, Azərbaycan Respublikası
Vəfatı:16 fevral
1992 (28 yaşında)
Vəfat yeri:Qaradağlı, Xocavənd rayonu, Azərbaycan Respublikası
Vəfat səbəbi:şəhid olmuşdur.
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirir və hərbi xidmətə çağırılır. 1983-cü ildə ordudan tərxis edilir. Krasnodar şəhərinə gələrək milis sisteminə daxil olur. 1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilir. Buranı leytenant rütbəsi ilə bitirən Səfəralı Qarabağa getmək istədiyini bildirir, ona Bakıda hava limanında iş təklif edilsə də, o, inadından dönmür .

Döyüşlərdə iştirakı

Səfəralı Məmmədov Ağdam rayonunda polis komandiri kimi döyüşlərə atılır. Sarışın olması, rus dilini səlis bilməsi ona ermənilər arasına təkbaşına getməsinə imkan verirdi. Səfəralı Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində onlarla ermənini girov götürmüşdü. 1992-ci il 16 fevral Səfəralının son döyüşü oldu. Faşist, azğınlaşmış erməni dəstələri Xocavənd rayonunun Qaradağlı kəndinə hücum edib insanları vəhşicə qətlə yetirib meyitləri silos quyularına atmışdılar. Səfəralının başçılıq etdiyi dəstə erməni yaraqlılarını məhv edərək irəliləyirdi, onun idarə etdiyi maşın qumbaratanla vuruldu qəlpələrdən bir neçəsi kəmərindəki əl qumbarasına dəydiyindən o, faciəli surətdə həlak oldu.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Masallı rayonunun Sərçuvar kəndində dəfn edilib.

İrsi

Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı orta məktəb qəhrəmanımızın adını daşıyır.
Milli Qəhrəman Səfəralı Məmmədova “Qəhrəman polis” adlı sənədli film həsr edilmiş və Masallı rayon Mədəniyyət mərkəzində təqdimatı olmuşdur.

Комментариев нет:

Отправить комментарий