Anatо́li Nikolа́yeviç Davidо́viç (belar. Анато́ль Мікала́евіч Давідо́віч) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Anatoli Nikolayeviç Davidoviç
| |
Tam adı | Anatoli Nikolayeviç Davidoviç |
Doğum tarixi | 28 mart 1965 |
Doğum yeri | Skabin kəndində, Kapıl rayonunun[1], Minsk vilayəti, BSSR |
Ölüm tarixi | 13 iyun 1992(27 yaşında) |
Ölüm yeri | Bakı şəhəri, Azərbaycan Respublikası |
Dəfn yeri | Slutsk, Minsk vilayəti, Belarus Respublikası |
Ölüm səbəbi | Şəhid olmuşdur |
Milli Qəhrəman adı | 3 iyul, 1992, fərman N 24 |
Həyatı
Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kаpıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açmışdır. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən. Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib.
1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır.
Döyüşlərdə iştirakı
"N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük tövhələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi... Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır, onu xilas etmək mümkün olmur. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumdu. Belarus Respublikasının Slutsk şəhərində dəfn edilmişdir.
Ailəsi
Ailəli idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Xatirəsi
Gəncədə küçəyə mayor Davidoviç adı verildi (10 aprel 2015).
Комментариев нет:
Отправить комментарий