Canbulaq Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
CANPOLAD RZAYEV | |
Canpolad Yaqub oğlu Rzayev | |
Doğum tarixi: | 26 fevral 1968. |
---|---|
Doğum yeri: | Çuxurməhlə, Ağdam rayonu, Azərbaycan Respublikası |
Vəfatı: | 26 fevral 1992 (24 yaşında) |
Vəfat yeri: | Qaraqaya, Xocalı |
Vəfat səbəbi: | şəhid olmuşdur. |
Mükafatları: |
Həyatı
1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Burada Əhmədavar kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq Vətənə döndü.
Döyüşlərdə iştirakı
Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi...erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canbulaq tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canbulaq döyüş meydanında qəhrəmancasına həlak oldu.
Ailəsi
Evli idi, iki övladı qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Rzayev Canpolad Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ağdam şəhərinin şəhidlər xiyabanında dəfn olunub.
Комментариев нет:
Отправить комментарий