Şahlar İsa oğlu Hüseynov

Şahlar Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
ŞAHLAR HÜSEYNOV
Şahlar İsa oğlu Hüseynov
Şahlar Hüseynov.jpg
Doğum tarixi:26 oktyabr 1968.
Doğum yeri:Flag of the Soviet Union.svg SSRİ
Flag of Armenian SSR.svg Ermənistan SSR, Dərəçiçək mahalı, Hankavan kəndi
Vəfatı:10 aprel 1992(23 yaşında)
Vəfat yeri:Flag of Azerbaijan.svg Azərbaycan, Tərtər rayonu Şıxarx
Vəfat səbəbi:şəhid olmuşdur.
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. 1985-ci ildə burada təhsilini rus dilində başa vurmuşdur. 1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur.

Döyüşlərdə iştirakı

Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. 10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak oldu.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Gəncə şəhərində adına küçə var.

Комментариев нет:

Отправить комментарий